2 güləşçimiz Belqradda bürünc medal qazanıb

2 güləşçimiz Belqradda bürünc medal qazanıb

Serbiyanın paytaxtı Belqrad şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, artıq 74 və 120 kilqoram çəki dərəcələrində sərbəst güləşçilər və 55, 67 kq çəki dərəcələrində isə qadın güləşçilər bacarıqlarını sınayıb.

Məlumat üçün bildirək, 74 kq çəkidə mübarizə aparan güləşçimiz Aleksandr Qostiyevin rəqibi polşalı Adam Henrik olub. O, rəqibini 3:2 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. Qadın güləşçilərimizin çıxışında isə 67 kiloqram çəkidə Nadya Sementova üçüncülüyü əldə edib. Belə ki, Türk idmançı Neslihan Ulusoyu 4:0 hesabı ilə məğlub edən güləşçimiz bürünc medalı əldə edib.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə