"Qalatasaray"lı futbolçu "Fənərbaxça"nı hədələdi!

"Qalatasaray"lı futbolçu "Fənərbaxça"nı hədələdi!
Gələn həftə səfərdə "Fənərbaxça" ilə qarşılaşacaq İstanbulun "Qalatasaray" klubunun futbolçuları, derbi qarşılaşması barədə nikbin açıqlamalar verməyə başlayıblar. Siasport.az saytı xəbər verir ki, "cim bom"un əsas qol silahlarından sayılan isveçli ulduz futbolçusu Johan Elmander "NTV Spor" proqramına açıqlamasında bildirib ki, onlar "Şükrü Saracoğlu"da da qələbə üçün meydana çıxacaqlar:
"Düzdür, rəqibin son turlardakı əla oyun nümayiş etdirməsi və heyətlərindəki güclü futbolçuların cəmləşməsi danılmaz faktdır. Bu onların bizə qarşı psixoloji üstünlüyü baxımından da onlar üçün bir şans sayılmalıdır. Amma nəzərə alanda ki, biz hazırda vahid lider kimi çıxış edirik və kifayət qədər güclü futbolçulara sahibik, o zaman hər şeyin bizim xeyrimizə cərəyan etməsini düşünməyə dəyər. Üstəlik biz ilk derbidə "Fənərbaxça"nı öz meydanımızda məğlub etmişiksə, niyə bunu gələn həftə elə onların öz meydanında etməyək?"-deyə J.Elmander fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə