Alman futbolnun son illərdə yetişdirdiyi ən güclü futbolçulardan sayılan Lukaş Podolski, gələcək mövsümdən yeni komandada çıxış edəcək. Siasport.az saytı xəbər verir ki, Almaniya Bundesliqasında forma geyən polyak əsilli futbolçu, gələn mövsüm "Arsenal" forması geyinəcək.
Almaniya mətbuatı xəbər verir ki, ingilis klubunun uzun zamandır ulduz futbolçunun transfer ilə bağlı "Köln" futbol klubu ilə apardığı ardıcıl danışıqlar nəhayət ki, öz nəticəsini verib. "Bild" nəşri yazır ki, L.Podolski "topçular"ın şərtləri ilə razılaşıb və onun keçidi üçün artıq heç bir problem qalmayıb. Futbolçunun özü isə alman mətbuatına çıqlamasında bildirib ki, onun üçün pul deyil, futbol koryerası önəmlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB