Dünən axşam UEFA Avropa Liqasının 1/18 final mərhələsi çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, bu turnirdə Türkiyənin yeganə təmsilçisi olan İstanbulun "Beşiktaş" futbol klubu Madriddə "Atletiko" ilə qarşılaşıb. İspaniya təmsilşisinin tam üstünlüyü şəraitində keçən qarşılaşmanın elə birinci hissəsində "Beşiktaş" öz qapısında 3 qol görüb. Yalnız ikinci hissədə özünə gəlməyi bacaran "qara qartal", Simao Sambrozanın keçmiş komandasının qapısına vurduğu qol ilə hesab arasındakı fərqi iki topa endirib. Qalan dəqiqələrdə tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib və "Atletiko" meydandan 3:1 hesablı qələbə ilə dönüb. "Beşiktaş" növbəti mərhələyə adlamaq üçün indi İstanbulda rəqib qapısından 2 cavabsız qol keçirməlidir ki, bu o qədər də inandırıcı görünmür.
Bir başqa İspaniya təmsilçisi "Atletik Bilbao" səfərdə "Mançester Yunayted"ə 3:2 hesabı ilə qalib gəlib. 90 dəqiqə ərzində "qırmızı şeytanlar"ı təzyiq altında saxlayan və qələbə qazanan İspaniya təmsilçisi cavab oyunu üçün böyük üstünlük əldə edib.
"Tvente" (Hollandiya) - "Şalke" (Almaniya) - 1:0
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 0:1
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 0:1
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (Bilbao, İspaniya) - 2:3
"Standard" (Belçika) - "Hannover" (Almaniya) - 2:2
"AZ Alkmaar" (Hollandiya) - "Udineze" (İtaliya) - 2:0
"Valensiya" (İspaniya) - PSV (Hollandiya) - 4:2
"Atletiko" (Madrid, İspaniya) - "Beşiktaş" (Türkiyə) - 3:1

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB