Rövnəq Abdullayev: \"FİFA-nın iştirakı ilə Bakıda 65 minlik stadion tikilir\"
"Hazırda ölkədə fəaliyyət göstərən bütün klublarda inkişaf var. Ümid edirəm ki, yaxın gələcəkdə hər klubun öz bazası olacaq". SİA-nın xəbərinə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, cənab prezident İlham Əliyev cari il ərzində \"Bakı\" Futbol Klubunun təlim bazasının açılışında iştirak edərək orada çıxış edib. Bundan sonra da belə bazaların açılmasının gözlənildiyini deyən R.Abdullayev əlavə edib ki, bu da ölkədə uşaq futbolunun inkişafına kömək edəcək.
"Hazırda 3 stadion tikilir. 65 minlik stadionun tikintisinə isə FİFA-nın iştirakı ilə başlanıb. Prezidentin sərəncamı ilə Tofiq Bəhrəmov adına stadion əsaslı təmir olunur. Bu gün 25 min gənc futbolçu AFFA-da qeydiyyatdan keçib. Müxtəlif yaş qruplarında çempionatlar keçirir və 76 futbol stadionu istifadəyə vermişik. Bütün bu görülən işlərin ölkədə futbolun inkişafına ciddi təsir göstərəcəyinə inanırıq", - deyə o qeyd edib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB