Rövnəq Abdullayev AFFA-nın prezidenti seçildi

Rövnəq Abdullayev AFFA-nın prezidenti seçildi
Bu gün AFFA-da növbəti hesabat-seçki Konfransı keçirilib. Konfransda Rövnəq Abdullayev daha 4 il müddətinə AFFA prezidenti seçilib. SİA-nın xəbərinə görə, baş katib Elxan Məmmədov konfrans iştirakçılarına UEFA-nın təbrik məktubunu çatdırıb. Baş katib konfransda 35 nəfərin səsvermə hüququna malik olduğunu və bunlardan 34-nün tədbirdə iştirak etdiyini bildirib.Səsvermədən sonra Rövnəq Abdullayev ikinci dəfə AFFA-nın prezidenti seçilib. AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər – Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə