Xəbər verdiyimiz kimi, "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Böyük İpək Yolu" beynəlxalq boks turniri keçirilir. Siasport.az saytının məlumatına görə, artıq finalçıların adları məlum olub. 91 (+) kiloqram çəki dərəcəsində iştirakçı az olduğundan birbaşa final döyüşünün keçirilməsi qərara alınıb. Lakin Rusiya boksçusu İvan Veriasov rinqə çıxmayıb. Beləliklə, Məhəmmədrəsul Məcidov mübarizəsiz yarışın qalibi olub.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB