Cüneyt Biçer: “Əsas nəticə qələbə qazanmaq idi”

Cüneyt Biçer: “Əsas nəticə qələbə qazanmaq idi”

Unibank Premyer Liqasının XIX turu çərçivəsində \"Xəzər Lənkəran\" Tovuzun \"Turan\" klubunun qonağı olub. Siasport.az saytının məlumatına görə, bu oyun cənublular üçün təsnifat mərhələsindəki çıxışlarına yekun vurub. Qeyd edək ki, meydanda Kamal Bayramov, Şəhriyar Xəlilov, Stevan Bates, Elvin Beqiri, Radomir Todorov, Rikardo Qomeş, Rahid Əmirquliyev, Roberto Alviz, Sadio Tounkara, Branimir Subaşiç və Rendel Brenesin iştirakı ilə keçən oyunda "Xəzər Lənkəran" klubu 1:0 hesabı ilə Tovuz təmsilçisi üzərində qələbə qazanıb. Bundan sonra klubun baş məşqçisi Cüneyt Biçer açıqlama verib. O, oyun haqqında fikirlərini belə ifadə edib: \"Biz əvvəlcədən bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Erkən qol vurduqdan sonra fərqi artıra bilərdik. Ancaq əldə etdiyimiz 4-5 qol imkanından istifadə edə bilmədik. Ot örtüyünün pis vəziyyətdə olması bizə oyunumuzu nümayiş etdirməyə imkan vermədi.

Buna baxmayaraq sonadək üstünlüyümüzü qoruyub qələbə qazandıq. Bizə 3 xal vacib idi. Əsas nəticə qələbə qazanmaq idi ki, buna da nail olduq. Biz gələcəyə inamla baxırıq\".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə