Taekvondoçularımız Fransaya səfər edəcək

Taekvondoçularımız Fransaya səfər edəcək

Taekvondo üzrə Azərbaycanın olimpiya seçmə komandası Fransaya səfər edəcək. Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovun siasport.az saytına verdiyi məlumata görə, Koreyalı mütəxəssis, məşqçi Con Conqbay və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında martın 13-də Parisə yollanacaq.

Qeyd edək ki, səfər edəcək heyətdə aşağıdakı idmançılar ölkəmizin şərəfini qoruyacaq:

Elvin Məmmədov (74 kq),

Ramin Əzizov (80 kq)

Bayraməli Vəliyev (87 kq).

Qadınlardan isə:

Xəyalə Quliyeva (46 kq),

Türkanə Tahirli (49 kq),

Aygül Abdullayeva (53 kq),

Səbinə Mikayılova (62 kq)

Fəridə Əzizova (67 kq).

Məlumat üçün bildirək ki, komandamız martın 14-dən 21-dək Fransada yerli idmançılarla birlikdə təlim-məşqlər keçirəcək. Bundan sonra isə idmançılarımız martın 24 və 25-də İspaniyanın Alikante şəhərində İspaniyanın ("Spanish Open") 10-cu açıq çempionatında iştirak edəcək.

Onu da əlavə edək ki, Olimpiya seçmə komandamız vətənə martın 27-də qayıdacaq.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə