Xəbər verdiyimiz kimi, Azərbaycan millisi fevralın 29-da Fələstin yığması ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma FİFA-nın reytinq cədvəlindən çıxarılıb. Qeyd edək ki, bununla əlaqədar olaraq FİFA-dan AFFA-ya məktub göndərilib.
Məlumat üçün bildirək ki, məktubda qeyd olunub ki, hakim dəyişikliyi barədə FİFA-ya rəsmi məlumat verilməyib. Bundan əlavə, qarşılaşmanı idarə edən 4-cü hakimin adı 2012-ci il üçün FİFA-nın təsdiqlənmiş siyahısında olmayıb. Ona görə də, millimizin Fələstinlə görüşü FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB