Böyükağa Hacıyev: “Rəqibdən daha yaxşı təsir bağışladıq”

Böyükağa Hacıyev: “Rəqibdən daha yaxşı təsir bağışladıq”

"Neftçi" klubunun "Bakı" ilə qarşılaşmada 3:1 hesablı qalibiyyətindən sonra komandanın baş məşqçisi Böyükağa Hacıyev açıqlama verib. Rəqibin heç də asan olmadığını, buna baxmayaraq qələbə qazandıqlarını bildirən baş məşqçi oyun haqda belə deyib: \"Bu gün güclü bir rəqibə qarşı oynadıq. Bununla belə erkən qol vurmağımız xeyrimizə oldu. Hücumlarımızın kəsərini artıraraq, ilk hissədəoyunun taleyini həll etdik. Fasilədən sonra da qarşılaşmada nəzarəti əldən vermədik və qələbə qazandıq\".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə