Azərbaycanda hərbiçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda hərbiçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək

2013-cü ildə Azərbaycanda hərbiçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Siasport.az saytının AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, bu gün dünya çempionatı ilə əlaqədar AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOİK-in rəisi Natiq Əliyev, Beynəlxalq Hərbi İdman TəşkilatınınBaş katibliyinin administrasiya rəhbəri Oliver Verhelle və təşkilatın texniki direktoru Nevzat Varol iştirak edib.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatı və inşa edilən stadionlarla bağlı qonaqlara məlumat verib. Toplantı iştirakçıları isə öz növbəsində hərbiçilərin futbol üzrə dünya çempionatının da Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə əminliklərini qeyd ediblər.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə