Yoahim Löv "dumanlı albioma" yollanır?

Yoahim Löv "dumanlı albioma" yollanır?
İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi postu, artıq əməlli-başlı nağıl mövzusuna çevrilib. Siasport.az saytı xəbər verir ki, dünənə qədər Joze Maurinyonu "zadəganların" baş məşqçisi kimi təqdim edən İngiltərə mətbuatı, indi də bu günkü manşetlərində futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Lövlə Roman Abromoviçin artıq baş məşqçi məsələsində razılığa gəldikləri barədə məlumatlar dərc edib.
"The Sun" yazır ki, J.Maurinyonun illik 12 milyon avroluq əmək haqqı barədə istəyi və Ronaldonun "Real"dan transfer olunmasında israr etməsi, rusiyalı milyarderi məhz alman mütəxəssislə əlaqə qurmağa vadar edib. İngilis qəzetinin yazdığına görə, Avropa Çempionatından sonra Y.Lövün "dumanlı albioma" yollanacağı dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə