"Atletiko Madrid" sabah "Beşiktaş"la qarşılaşmaya ciddi itkilərlə çıxacaq

"Atletiko Madrid" sabah "Beşiktaş"la qarşılaşmaya ciddi itkilərlə çıxacaq

Sabah öz meydanında UEFA Avropa Liqasının 1/18 final mərhələsi çərçivəsində İstanbulun "Beşiktaş" klubunu qəbul edəcək İspaniyanın "Atletiko Madrid" futbol klubu, bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu Arda Turan da daxil olmaqla Tiago, Silvio və Adrian Lopez də "qara qartal"a qarşı keçiriləcək qarşılaşmada meydana çıxmayacaqlar. Amma Madrid təmsilşisinin "Beşiktaş" qarşısındakı itkiləri təkcə bu futbolçularla kifayətlənmir. Belə ki, dünən axşam məlum olub ki, Diyeqo da ilk 11-likdə yer almayacaq. Bu isə, Madrid təmsilçisi üçün böyük itki sayılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə