Gələcək həftə öz meydanında "Qalatasaray"la qarşılaşacaq "Fənərbaxça" cəbhəsində, "cim bom"un ünvanına hədələyici bəyanatlar ara vermir. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtlilərin" kapitanı Aleks de Souza ilə bağlı "Qalatasaray" klubunun qaldırdığı hay-küy qarşı tərəfin azarkeşlərini bərk qəzəbləndirib.
Belə ki, "Fənərbaxça" klubunun azarkeşləri, özlərinin Twitter səhifələrindən "Qalatasaray"lıları "topa tutaraq", onları qorxaqlıqda və və qarşıdakı derbidə rüsvay olmamaq üçün Aleksin meydana çıxmasının qarşısını almaq yönündə çirkin işlər görməkdə ittiham ediblər. Onlar bu derbidə "Qalatasaray"a acı mçəğlubiyyət yaşadacaqlarını, həttda Aleksin Musleranın qoruduğu qapıya 6 cavabsız top vuracağını belə iddia edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB