“Rəvan” niyə 5000 manatlıq cərimə olunub?

“Rəvan” niyə 5000 manatlıq cərimə olunub?

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası \"Rəvan\" klubunu 5 min manat məbləğində cərimələyib. Siasport.az saytının məlumatına görə, buna səbəb Unibank Premyer Liqasının XXII turunda "Qəbələ" ilə görüşdə İvan Vasiliyevin hərəkətləri olub. Belə ki, paytaxt təmsilçisinin heyətində 61 nömrəli formanı geyinən legioner oyunçu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra isə o, qeyri-etik jest göstərib. Videoyazını izləyən AFFA-nın Nizam İntizam Komissiyası hətta futbolçunun baş hakimə tərəf tüpürdüyünü də aşkar edib. Buna görə də İvan Vasiliyev 6 oyunluq cəzalandırılıb, klub isə 5000 manat cərimə olunub.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə