Xəbər verdiyimiz kimi, basketbol üzrə Azərbaycan millisi Qırğızıstanın Bişkek şəhərində keçiriləcək "Novruz 2012" beynəxalq turnirinə hazırlaşır. Siasport.az saytının məlumatına görə, martın 16-dan 23-ə qədər keçiriləcək turnirlə əlaqədar olaraq basketbolçularımız bu gündən təlimlərə başlayır.
Xatırladaq ki, 12 nəfərlik heyətlə səfər edəcək Azərbaycan yığması ilə yanaşı Özbəkistanın milli yığma komandası, Rusiyanın Federal Universitetinin komandası (Yekaterinburq şəh), \"AIA\" komandası(ABŞ), Kazaxstanın\"Kopşaqay\" komandası və ev sahibləri iştirak edəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB