Qazaxıstan milli komandası Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirinə 6 boksçu ilə qatılıb. Siasport.az saytının məlumatına görə, qazax boksçular "Sərhədçi" İdman Olimpiya Mərkəzində aşağıdakı heyətlə çıxış edəcək:
Temirtas Jusupov (49 kq),
Oljas Sattibayev (52 kq),
Madi Şolakov (56 kq),
Almat Serimov (81 kq),
Aleksey Sevostyanov (91 kq) və
Kanşibek Konkabayevdir (91+kq).
Məlumat üçün bildirək ki, Qazaxıstan təmsilçisi Madi Şolakov keçən il Azərbaycan boksçusu Rəhim Nəcəfovu məğlub edərək "Böyük İpək Yolu" turnirinin qalibi adına sahib olub.
Xatırladaq ki, beynəlxalq turnirə martın 9-da yekun vurulacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB