Martın 10-da Bakıda Qızlar Futbol Festivalının keçirilməsi nəzərdə tutulur. Siasport.az saytının məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da keçiriləcək festivalda FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Steffi Jones iştirak edəcək.
Məlumat üçün bildirək ki, tədbirdə həmçinin musiqiçi Çingiz Mustafayevin çıxışı və layihə təqdimatı gözlənilir.
Qeyd edək ki, festival saat 11:00-dan 13:30-a qədər keçiriləcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB