Bir müddət əvvəl Andre Pirlonu "Milan"dan transfer edən İtaliyanın "Yuventus" futbol klubu, daha bir futbolçunu da rənglərinə bağlamaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, "qoca sinyora"nın bu dəfəki hədəfi, "Milan"ın heyətində daha çox ehtiyat oyunçular skamyasında mürgüləyən Alessandro Nestadır. Olduqca yaradıcı futbol texnikasına sahib olan, amma nədənsə baş məşqçi tərəfindən "qara siyahıya" alınan 35 yaşlı futbolçunun transferi üçün "Yuventus"lu menecerlərin Milan təmsilçiləri ilə danışığlara başladığı barədə məlumat İtaliya idman nəşrlərinin gündəmində yer alır. İtaliyalı həmkarlarımız iddia edirlər ki, artıq tərəflər bu futbolçunun transferi üçün razılığa gəlməyə çox yaxındırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB