İngiltərənin "Çelsi" futbol klubu braziliyalı futbolçusu Ramireslə müqavilə müddətini uzadıb. Siasport.az saytı xəbər verir ki, "zadəganlar" 24 yaşlı futbolçu ilə daha 5 illik müqavilə imzalayıblar. Görünür, klub rəhbərliyi futbolçunun peşəkar və perspektivli olmasını nəzərə alaraq onu "qara siyahıya" salmayıb. 2007-ci ildə "Benfika"dan 22 milyon avroya transfer olunan braziliyalı, "Çelsi"nin heyətində 71 qarşılaşmada meydana çıxıb və 10 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB