"Daily Express": "Roman Abromoviç Joze Maurinyonu "Çelsi"nin sükanı arxasına gətirir"

"Daily Express": "Roman Abromoviç Joze Maurinyonu "Çelsi"nin sükanı arxasına gətirir"
İspaniyanın "Real" futbol komandasında işləri qətiyyən yolunda getməyən və kral klubunu mövsümün sonunda tərk edəcəyi gündəmdə olan Joze Maurinyonun "dumanlı albiom"a qayıtmaq istəyi gündən-günə çoxalır. Siasport.az saytı xəbər verir ki, artıq ingilis mətbuatı portuqaliyalının konkret olaraq əvvəllər də baş məşqçi işlədiyi Londonun "Çelsi" klubuna qayıtmaq istəməsi barədə yazılar dərc edirlər. Nüfuzlu "Daily Express" qəzeti iddia edir ki, "Çelsi"nin sahibi Roman Abromoviç də J.Maurinyo ilə sıx-sıx görüşür və onlar həttda yeni mövsümdə "Çelsi"nin transfer büdcəsi barədə birgə məsləhətləşmələr də keçirirlər. İngilis qəzeti iddia edir ki, J.Maurinyonu yeni mövsümdən komandasının sükanı arxasında görmək istəyən R.Abromoviç, həttda onun Kriştiyanu Ronaldonun "Çelsi"yə transfer olunması ilə bağlı şərtini də qəbul edib. Qəzet iddia edir ki, bu il "Real" ilə İspaniya çempionluğunu yaşamağa çox yaxın olan J.Maurinyo da mövsüm bitən kimi "Çelsi"yə dönəcəyi barədə rus milyarderə söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə