Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında Avropa Çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, çempionatda Azərbaycan idmançıları iştirak edir. Belə ki, yarışın ilk günü 66 və 96 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər və 48 kq çəkidə isə qadın güləşçilərimiz mübarizə aparacaq.
Qeyd edək ki, yığmamızın aşağıda adları göstərilən idmançıları çempionatda iştirak edəcək:
Emin Əzizov (66 kq),
Novruz Temrezov (96 kq)
Marziget Baqomedova (48 kq).
Xatırladaq ki, güləşçilərimizin bu gün keçiriləcək mübarizəsi Bakı vaxtı ilə 22:00- a qədər davam edəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB