Üzgüçülük üzrə Azərbaycan çempionatına start verilib

Üzgüçülük üzrə Azərbaycan çempionatına start verilib

Martın 5-dən etibarən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə qış Azərbaycan çempionatına start verilib. SİA-nın xəbərinə görə, çempionatda Bakı, Sumqayıt, Gəncə, Göyçay şəhər və rayonlarının, o cümlədən Təhsil Respublika idman mərkəzinin, Dövlət bədən tərbiyyəsi və İdman akademiyasının, Neftçi İSM-nin, Sərhədçi Olimpiya İdman kompleksinin, Ordu İdman Klubunun, Xətai uşaq gənclər idman məktəbinin komandaları da iştirak edirlər.

Yarışlar hər gün saat 10:00-dan başlayır. Yarışın bağlanış və mükafatlandırma mərasimi 07 mart saat 12-00 da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə