Gəncədə idman bayramı keçirilib- FOTO

Gəncədə idman bayramı keçirilib- FOTO

Gəncə şəhərində Bədən Tərbiyə və İdman günü münasibəti ilə idman bayramı keçirilib.

SİA-nın bölgə müxbirinin məlumatına görə, şəhərin Heydər Əliyev meydanında təşkil olunan tədbirdə Gəncənin müxtəlif idman cəmiyyətləri iştirak edib.

Məlumat üçün bildirək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə bu il idman ili adlandırılıb. Sözügedən tədbir də bu fərmandan irəli gələn tədbirlərdən biridir. Tədbirin əsas məqsədi ölkənin ikinci böyük şəhərində idmana marağı artırmaq, gəncləri sağlam həyat şəraiti sürmələrinə cəlb etmək və prespektivli idmançıları aşkar etməkdir. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalovun SİA-ya verdiyi məlumata görə, dövlət başçısının sərancamına uyğun olaraq Gəncədə idman sahəsinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, tədbirin sonunda beynəlxalq və respublika turnirlərində fərqlənən idmançılar mükafatlandırılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə