Bu gün Bakıda sayca 5-ci olan "Böyük İpək Yolu" boks turnirinə start verildi. Siasport.az saytının məlumatına görə, Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən ənənəvi yarışda Azərbaycan boksçuları ilə birlikdə Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova və Qatarın komandaları iştirak edir.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə geniş tərkibli heyətlə mübarizə aparır. Belə ki, millimizin 1 və 2-ci nömrələri ilə yanaşı, gənclər arasında Ölkə Birinciliyində fərqlənən boksçular da rinqə çıxacaq.
Məlumat üçün bildirək ki, martın 9-a qədər davam edəcək yarışda London Olimpiadasına lisenziya qazanmış boksçularımız da güclərini sınayacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB