"Atletiko Madrid"- "Beşiktaş" qarşılaşmasını isveçli hakim Jonas Eriksson idarə edəcək
UEFA Avropa Liqasının 1/18 final mərhələsi çərçivəsində "Atletiko Madrid" və "Beşiktaş" arasında keçiriləcək ilk qarşılaşmanın hakimi məlum olub. Siasport.az saytı xəbər verir ki, "Visyente Kalderon" stadionunda keçiriləcək qarşılaşmada ədalət təmsilçisi isveçli hakim Jonas Eriksson olacaq. "Beşiktaş"ın rəsmi saytında yayılan məlumata əsasən, onun köməkçiləri Fredrik Nilsson ile Mathias Klasenius olacaqlar. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Daniel Stalhammar həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB