Füzuli Musayev 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı proqnoz verdi

Füzuli Musayev 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı proqnoz verdi
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev 2012-ci il London Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışları ilə bağlı proqnoz verib. Siasport.az saytı xəbər verir ki, hissiyyatının güclü olduğunu deyən F.Musayevin fikrincə, yığmamız London olimpiadasında 10 medal qazanacaq: "İnanıram ki, medallardan biri taekvondodan olacaq. Əlbəttə, istərdik ki, qızıl olsun. Amma medalın fərqi yoxdur, təki taekvondoçularımız da olimpiadadan medal gətirsinlər. Çünki əvvəlki 2 olimpiadada medalın bir addımlığında dayanmışıq. Londonda ilk olimpiya medalımızı qazanmaq istəyirik"-deyə F.Musayev fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə