Bu axşam UEFA Çempionlar Liqasının 1/18 final mərhələsi çərçivəsində 2 cavab oyunu keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Rusiya "Zenit"i səfərdə Portuqaliya "Benfika"sına qarşı mübarizə aparacaq. İlk oyunda "Benfika" üzərində 3:2 hesablı qələbə qazanan "Zenit", buna baxmayaraq ciddi sınaq qarşısındadır. çünki səfər qarşılaşmasında qapısından qol buraxmaq, Piter təmsilçisini mübarizədən kənarlaşdıra bilər.
Digər bir qarşılaşma isə Londonda baş tutacaq. İlk oyunda səfərdə "Milan"a 0:4 hesabı ilə məğlub olan "Arsenal", sensasiyaya imza atmaq üçün mübarizə aparacaq. Baş məşqçi Arsen Venger isə dünən jurnalistlərə bildirib ki, Milandakı qarşılaşmadan fərqli olaraq bu gün azarkeşlər meydanda tam başqa bir oyunun şahidi olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB