Bir neçə gündən sonra UEFA Avropa Liqasının 1/18 final qarşılaşması çərçivəsində İspaniyanın "Atletiko Madrid" futbol klubu ilə qarşılaşacaq İstanbulun "Beşiktaş" klubunda, bu oyunla bağlı hazırlıqlar davam edir. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi və texniki heyət İspaniyada oynanılacaq ilk qarşılaşmaya xüsusi diqqət ayırıblar. Elə "Beşiktaş"lı futbolçular da artıq bu oyuna kökləniblər.
Belə ki, keçmiş "Atletiko Madrid"li futbolçu Simao Sambroza, Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, keçmiş komandasına qarşı "Visyente Kalderon" stadionda meydana çıxmaq ona fərqli duyğular gətirəcək. Səfərdə Madrid təmsilçisinə qol atmağa çalışacaqlarını deyən S.Sambroza, "Mən qol atsam, bu komandam üçün əla olacaq. Amma mən vurduğum qola sevinməyəcəm. Çünki keçmiş komandama və ordakı dostlarıma sayğım sonsuz"-deyə "Beşiktaş"ın kolumbiyalı futbolçusu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB