İstanbulun "Qalatasaray" futbol klubunun səfərdə "Sivasspor" üzərində 4:0 hesablı qələbəsi, eyni zamanda komandanın heyətində çıxış edən bir futbolçu üçün xüsusi əlamətdar olub. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın "Atletiko Madrid"dən transfer etdiyi çexiyalı futbolçu Tomas Ujfalusi, İstanbul klubunun heyətində ilk qoluna imza atıb. Çexiyalı futbolçu ilk qoluna imza atmaqdan məmnun olduğunu deyərək, qarşıdakı oyunlarda daha çox qol vurmağa çalışacağını deyib.
"Sivasspor"la keçirilən qarşılaşmada komandanın kapitanı olaraq meydana çıxmasını ona olan sayğı kimi qiymətləndirən T.Ujfalusi bildirib ki, o "Qalatasaray" kimi böyük komandanın kapitanı sarğısını daşımaqdan qürur duyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB