Yannik Kamanan “Qəbələ”də ilk qolu və dublunun sevincini paylaşıb

Yannik Kamanan “Qəbələ”də ilk qolu və dublunun sevincini paylaşıb

"Qəbələ"nin qış fasiləsində transfer etdiyi Yannik Kamanan Premyer Liqanın 22-ci turunda "Rəvan"la görüşdə dubl edib. Siasport.az saytının məlumatına görə, fransalı futbolçu bununla da transfer olduqdan sonra "Qəbələ"nin heyətində ilk qolunu hesabına yazdırıb. Qeyd edək ki, bununla da o, klub tarixində 68-ci qol vuran futbolçu olub. Məlumat üçün bildirək ki, ilk vurduğu qolun sevincini klubun rəsmi internet saytına müsahibəsində bildirən Yannik Kamanan bunları deyib: "Qol hesabımı açdığıma görə çox sevincliyəm. Qış fasiləsindən sonra bütün oyunlarda qələbə qazanmışıq və bu daha sevindirici haldır. Qol vurmaq gözəldir, amma önəmli olan komandanın uğur qazanmasıdır. İnanıram ki, növbəti oyunlarda qollarımla "Qələbə"nin hədəfinə çatmasında pay sahibi olacağam. Ümumiyyətlə, meydançadan kənarda danışmağı sevmirəm. Fikrimcə, futbolçunun sözünü oyunu ilə deməsi daha effektivdir".

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə