Qus Hiddinqin "Anji"dəki debütü uğurlu alındı

Qus Hiddinqin "Anji"dəki debütü uğurlu alındı

Qus Hiddinqin "Anji"nin sükanı arxasındakı ilk debatı uğurlu alınıb. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol mütəxəssisinin rəhbərliyi altında Moskva "Dinamo"su ilə qarşılaşmaya çıxan Mahaçqala klubu, meydandan 1:0 hesablı qələbə ilə ayrılıb. Yeganə qolu moskvalıların qapısından Jusiley da Silva keçirib. Bu qələbədən sonra xal ehtiyatını 55-ə çatdıran "Anji", Rusiya Premyer Liqasında 7-ci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə