İspaniya La Liqasının sonuncu turunda "Sportinq"ə 3:1 hesabı ilə qalib gələn "Barselona", bunun əvəzində uzun zaman daha bir ulduz futbolçusunun xidmətindən yararlana bilməyəcək. Siasport.az saytı xəbər verir ki, katalon klubunun həkimləri, çilili futbolçu Aleks Sançesin aldığı zədədən sonra, ən azı iki 10-15 gün ərzində "Barselona" forması geyinə bilməyəcəyini açıqlayıblar.
Klub həkimlərinin verdikləri rəyə əsasən, futbolçu UEFA Çempionlar Liqasının 1\18 final mərhələsinin cavab qarşılaşmasında da "Bayern Liverkuzen"ə qarşı da meydanda mübarizə apara bilməyəcək. Baş məşqçi Xose Xvardiola isə A.Sançesin "Barselona" üçün önəmli futbolçu olduğunu deyərək, David Vilyadan sonra çilili futbolçunun da sıradan çıxmasını komanda üçün böyük itki adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB