"Qalatasaray" "Sivasspor"a futbol dərsi keçdi!

"Qalatasaray" "Sivasspor"a futbol dərsi keçdi!
İstanbulun "Qalatasaray" futbol klubu çempionluq yolunda inamla addımlayır. Siasport.az saytı xəbər verir ki, dünən səfərdə "Sivasspor"un qonağı olan "cim bom", rəqib meydanında heç də özünü qonaq kimi aparmayaraq sözün əsl mənasında rəqibinə futbol dərsi keçib. Belə ki, Fatih Terimin yetirmələri kritik və gərgin keçən qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılaraq, pleyy-ofa bir neçə tur qalmış həm əzəli rəqibləri olan "Fənərbaxça" ilə aralarındakı 9 xal fərqinin azalmasına imkan verməyiblər, həm də çempionluq yarışında olduqca önəmli bir şans əldə ediblər.
Xüsusi ilə "Fənərbaxça" ilə qarşılaşma ərəfəsində qazanılan bu qələbə "Qalatasaray" üçün olduqca vacib uğur kimi qiymətləndirilməlidir. Qarşılaşmada Necati Atəşin dublu, Ujfalusi və Aydının qolları, "Qalatasaray"ın rəqib meydanından qələbə ilə dönməsini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə