"Xəzər Lənkəran" klubu 2011/2012-ci il mövsümünün təsnifat mərhələsində "Turan"la son görüşünü keçirəcək. Siasport.az saytının məlumatına görə, 2004-cü ildən bu günə qədər komandalar 15 dəfə üz-üzə gəliblər və "Xəzər Lənkəran" klubu elə yarandığı ilk gündə görüşünü "Turan"la keçirib.
Qeyd edək ki, baş tutan görüşlərin hamısı Azərbaycan çempionatı çərçivəsində keçirilib və 15 matçın 11-də cənublular qələbə qazanıb. Cəmi 1 oyunda Tovuz təmsilçisi rəqibini məğlub edə bilib.
Məlumat üçün bildirək ki, keçiriləcək növbəti oyun isə komandaların 16-cı dəfə üz-üzə gəlməsi ilə nəticələnəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB