"Qarabağ" klubu son oyunda qələbə qazanmasına baxmayaraq itki ilə üzləşib. Siasport.az saytının məlumatına görə, AZAL-ı 1:0 məğlub edən "Qarabağ"ın kapitanı Rəşad Sadiqov isinmə hərəkətləri zamanı zədə alaraq komanda yoldaşlarına kömək edə bilməyib. 28 yaşlı futbolçu artıq müayinə olunub.
Qeyd edək ki, klubun rəsmi internet saytına açıqlama verən kapitan bunları deyib: "Topla hərəkət edərkən ayağımda kəskin ağrı hiss etdim. Xüsusi, bir şey baş vermədi. Deməzdim ki, meydan düz deyildi və ya kimsə mənə toxundu. Sol tərəfdən qasıq nahiyəsində dartılma var. Öncə yırtıq olmasından şübhələndik. Amma şükürlər olsun ki, belə olmadı. Azı, 1 həftə istirahət etməliyəm. Təbii ki, ən vacib məqamda zədələnməyim yerinə düşmədi. Oyunun başlamasına dəqiqələr qalmış baş verdiyinə görə komanda məcburi dəyişiklik etmək məcburiyyətində qaldı. Sağ olsun, uşaqlar. Sona qədər mübarizə apardılar. İlk yarıda rəqib olduqca yaxşı oynadı. 2-ci hissədə komandamız olduqca əzmkarlıq nümayiş etdirdi. Belə durumda komandaya kənardan baxmaq ağırdır. Qarşıdan vacib oyunlar gəlir. Görünən odur ki, 10 gündən tez hazır olmayacağam. Mənim yoxluğumdan danışmaq düzgün deyil. "Qarabağ"da kim oynayırsa oynasın komanda üçün vuruşur. Son oyunlarda uğurlu çıxış edirik. Seriyanı davam etdirmək lazımdır. Amma ilk mərhələdəki sonuncu rəqibimiz "Simurq" da asan rəqib deyil. İlk növbədə bu oyunu fikirləşmək lazımdır".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB