Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, bu münasibətlə Gənclər üçün Təhsil Mərkəzinin regional ofisləri bir sıra idman tədbirləri keçirib. Tədbirlər çərçivəsində uşaq və gənclərin müxtəlif idman sahəsi üzrə yarışları təşkil olunub, idmanın həyatımızda oynadığı rol haqqında təqdimat və seminarlar keçirilib. Təşkil olunan idman yarışlarında qalib gələn komanda və şəxslər mərkəz tərəfindən mükafatlandırılıb.
Mərkəzin icraçı direktoru Rasim Ağayev mətbuata açıqlamasında bildirib ki, regionlarda idman gününün qeyd olunmasında məqsəd uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaq, təhsil ocaqlarında idman dərslərinin daha səmərəli keçirilməsinə kömək etməkdir. O, ölkə başçısı İlham Əliyev tərəfindən 2012-ci ilin "İdman ili" elan olunmasına toxunaraq, Mərkəz tərəfindən idmanın inkişafına ictimai dəstək verəcək yeni proqramların həyata keçiriləcəyini də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB