“Qaradağ” rəqib tanımır

Azərbaycanın birinci divizionunda çıxış edən "Qaradağ" klubu məğlubiyyətsiz oyun seriyasını davam etdirir. Siasport.az saytının məlumatına görə, komandanın növbəti rəqibi "Şəmkir" klubu olub. Qarşılaşma yenə "Qaradağ" Lökbatan komandasının xeyrinə 3:0 hesabı ilə başa çatıb. Məlumat üçün bildirək ki, qolları komandanın heyətində çıxış edən Timur Dadaşov, Tofiq Qədimov və Mətləb Məmmədov vurub.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə