"Qəbələ"nin futbolçusu Viktor Mendi "Rəvan"la oyundan sonra zədə alıb. Siasport.az saytının məlumatına görə, "Qəbələ"nin oyunçusuna həkimlər çiyninin zədələnməsi diaqnozunu qoyub. Məlumat üçün bildirək ki, oyunda zədə alan Mendi yerini Arif İsayevlə dəyişməli olub. Beləliklə legioner futbolçu komandasının daha bir region təmsilçisi ilə oyunu meydandan kənarda izləməli olacaq. Xatırladaq ki, "Rəvan"la qarşılaşması zamanı 4-cü dəqiqədə hesabı açan futbolçu bu dəfə "Kəpəz"lə oyuna çıxa bilməyəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB