Hazırda Unibank Premyer Liqasında istefaların sayı rekord vurub. Siasport.az saytının məlumatına görə, cari premyer liqada istefaların sayı səkkizə çatıb. Rekordu daha da möhkəmləndirən amil isə "Simurq"un baş məşqçisinin istefaya göndərilməsidir.
Belə ki, Unibank Premyer Liqasının səkkizinci itkisi Sergey Yuranın istefası ilə gerçəkləşib. Məlumat üçün bildirək ki, bunlardan yalnız Bəhmən Həsənov ("Rəvan") kluba geri çağrılıb.
Ümumilikdə isə komandalar üzrə cari istefalar belə olub:
Bəhmən Həsənov, Vladislav Qədirov - ("Rəvan")
Elxan Abdullayev – (AZAL)
Mehman Allahverdiyev, Mirbağır İsayev – ("Kəpəz")
Toni Adams – ("Qəbələ")
Mirça Rednik – ("Xəzər Lənkəran")
Sergey Yuran – ("Simurq").
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə