Madrid "Real"ının baş məşqçisi Joze Maurinyo, türkiyəli futbolçu Nuri Şahin barədə jurnalistlərin suallarını cavablandırıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi bildirib ki, hazırkı durumda N.Şahinin fiziki hazırlığı onun "Real"ın heyətində çıxış etməsinə imkan vermir. O bildirib ki, formada olan ulduz futbolçuları prinsipial qarşılaşmalarda ehtiyatda saxlayıb N.Şahini meydana buraxmaq kimi bir səhvə imza atmağı düşünmür. N.Şahinin futbol üzrə Türkiyə millisinin heyətində Slovakiyaya qarşı keçirilən qarşılaşmada meydana çıxması ilə bağlı jurnalistlərin suallarını cavablandıran J.Maurinyo bildirib ki, milli komanda ilə klub komandasını eyni tərəziyə qoymaq düzgün deyil:
"Klub oyunu ilə milli komanda qarşılaşması tamam başqa şeylərdir. Açıqı deyim ki, mövsümün sonuna qədər N.Şahinin əsas heyətdə yer alacağına inanmıram. Bunun üçün o çoxluca məşq etməlidir ki, bu haqqı qazana bilsin. Həm də "Real", komanda futbolu baxımından Türkiyə yığmasından qat-qat güclü və mürəkkəbdir"-deyə J.Maurinyo fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB