Basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının təsnifat mərhələsinə hazırlıq çərçivəsində bu gündən etibarən təlim-məşq toplanışına hazırlaşır. Siasport.az saytının məlumatına görə, 10 günlük təlimdən sonra yığmamız Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi "Novruz 2012" beynəlxalq turnirdə iştirak etmək üçün adı çəkilən ölkəyə səfər edəcək. Qeyd edək ki, martın 16-dan 23-ə qədər keçiriləcək ənənəvi turnirdə Azərbaycan millisi ilə yanaşı Özbəkistan və Rusiya Federasiyasının yığma komandaları, ABŞ-ın "AİA" , Qazaxıstanın "Kopşaqay" klubları və ev sahibləri iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan millisi son iki ildə "Novruz" turnirinin qalibi olub. Onu da əlavə edək ki, keçiriləcək beynəlxalq turnirdə Azərbaycan millisinin heyətində aşağıda adları göstərilən gənc basketbolçularımız iştirak edəcək:
Fuad Niftaliyev (\"Qala\" BK)
Zaur Quşanov (\"Qala\" BK)
Bəxtiyar Ələkbərov (\"QaLa\" BK)
Rüstəm Əliyev (\"QaLa\" BK)
Polad Həsənov (\"QaLa\" BK)
Andrey Kondratyev (\"Qala\" BK)
Amil Həmzəyev (\"Araz\"-Naxçıvan)
Anar Hacıyev(\"Araz\"-Naxçıvan)
Anar Sarıyev (\"NTL-Tudor\")
Anton Belausov (\"AZTOP\")
Zaur Paşayev (\"Kutaisi-2010\", Gürcüstan)
Konstantin Berkov (\"Dinamo\"-Moskva, Rusiya).
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB