Millimiz Gürcüstan yığmasını cavab görüşündə də yüksək hesabla məğlub edib
Azərbaycanın 17 yaşlı qızlardan ibarət milli komandası Gürcüstan yığması ilə yenidən yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə AFFA-nın Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da keçirilən qarşılaşmada qızlarımız 6:0 hesabı qələbə qazanıb.
Qeyd edək ki, komandamızın heyətində çıxış edən Melis Sarıaltın, Maya Danqdze, Sevinc Cəfərzadə, Olya Şoşvili və Aysun Əliyeva hərəyə 1 qolla fərqləniblər. Komandamızın 6-cı qolu isə avtoqolla vurulub. Belə ki, Gürcüstan yığmasının heyətində mübarizə aparan Tekle Qulordova topu öz qapılarından keçirib.
Məlumat üçün bildirək ki, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilən Dario Simiç matç bitdikdən sonra yığmamızla görüşüb və onları təbrik edib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB