Asəf Qədirov da “Neftçi” ilə mübarizədə çıxış edə bilməyəcək

Asəf Qədirov da “Neftçi” ilə mübarizədə çıxış edə bilməyəcək

Xəbər verdiyimiz kimi, "Turan" komandası "Neftçi" ilə mübarizədə tam heyətlə çıxış edə bilməyəcək. Siasport.az saytının məlumatına görə, qarşılaşmanı meydanın kənarından izləməli olacaq Nadir Nəbiyev, Hafiz Əliyev və Ruslan Abbasovun ardından Asəf Qədirovun da heyətdə çıxış edə bilməyəcəyi açıqlanıb. Belə ki, o, zədəli olduğu üçün oynaya bilməyəcək.

Məlumat üçün bildirək ki, onun əvəzində Aleksandr Qoqeberşvili mübarizə aparacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə