Piter Çex yenə də Çexiyanın ən yaxşı futbolçusu seçilib

Piter Çex yenə də Çexiyanın ən yaxşı futbolçusu seçilib
İngiltərənin "Çelsi" futbol klubunun çexiyalı qolkiperi Piter Çex, ölkəsində 2011-ci ilin ən yaxşı futbolçusu seçilib. Siasport.az saytı xəbər verir ki, dünən Praqada təşkil olunan mərasimdə dünyanın bir sıra ulduz futbolçuları və futbol mütəxəssisləri qatılıblar. Nominasiyada ikinci yeri Petr Jiracek, üçüncü yeri isə "Arsenal"lı Tomas Rositski tutublar. Xatırladaq ki, futbol üzrə Çexiya millisinin heyətində 88 dəfə meydana çıxan 29 yaşlı futbolçu, bu ada 2008, 2009 və 2010-cu illərdə də layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə