Premyer Liqanın XXII turuna yekun vuruldu, bəzi hesablar isə gözlənilməz oldu
Bu gün Unibank Premyer Liqasının XXII turuna yekun vuruldu. Siasport.az saytının məlumatına görə, yekunda "Neftçi" birinciliyini daha da gücləndirdi. Belə ki, "Turan"la səfərdə oynayan Flaqman 2:0 hesabı ilə qələbə qazandı. "Rəvan" isə öz evində "Qəbələ" klubuna 4:0 hesabı ilə məğlub oldu. Qeyd edək ki, "İnter" – "Bakı" görüşündə isə Bankirlər paytaxt adını daşıyan komandanı 3:0 hesabı ilə məyus etdi. Premyer Liqada maraq göstərilən oyunlardan biri də "Xəzər Lənkəran"la "Sumqayıt" qarşılaşması oldu. Nəticədə cənublular 1:0 hesabı ilə məğlub oldular. Bundan başqa, "Kəpəz" komandası isə "Simurq"a 1:0 hesabı ilə uduzub. Turun AZAL- "Qarabağ" qarşılaşmasında isə qapılar toxunulmaz qalıb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB