Premyer Liqada ilk 6 yerə çıxa bilməyən "Rəvan" komandası heyətinə baxış üçün dəvət etdiyi Çexiya futbolçusu Petr Basistanı geri göndərib. Siasport.az saytının məlumatına görə, o, 1 aya qədər idi ki, "Rəvan"la birlikdə məşq edirdi.
Məlumat üçün bildirək ki, futbolçu Slovakiyanın "Koşitse" klubunda oynayır. Bundan öncə isə, Çexiyanın bir neçə yaşdan ibarət yığma komandalarında çıxış edib. Futbolçunun geri qayıtmağını "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev də təsdiqləyib. Belə ki, o, P.Basista haqda bunları deyib: "Məsələ şərtlərlə bağlı deyildi. Çünki biz onun irəli sürdüyü şərtləri müzakirə edib Azərbaycana dəvət etmişdik. Əlbəttə ki, bizim də ona qarşı müəyyən şərtlərimiz var idi. Futbolçu ilə aramızda heç bir problem olmadı. Baş məşqçi də onun çıxışını bəyənmişdi. Lakin danışıqları yaya saxladıq".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB