Ağcabədidə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçirilir

Ağcabədidə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçirilir

Ağcabədi rayonunda respublika şahmat turnirinə start verilib. SİA-nın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, turnir Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunub.

"Şahmatın inkişaf etdirilməsi Dövlət Proqramın"na uyğun təşkil edilən bu yarışda 31 rayondan 5 yaş qrupu üzrə 150-yədək məktəbli iştirak edir. Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə keçirilən ənənəvi turnir eyni zamanda bölgələrdə şahmatın təbliğində və şahmatçıların təsnifat dərəcəsinin artırılmasında da mühüm rol oynayır.


Təhsil Nazirliyinin "Təhsil" respublika İdman Mərkəzinin və Ağcabədi rayon təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən və 10 gün davam edəcək turnir 9 turdan ibarət olmaqla martın 5-də yekunlaşacaq.


Yarışların obyektiv keçirilməsi üçün hər cür şəraitin olduğunu deyən baş hakim Cavanşir Məmmədov turnirdə müxtəlif dərəcəli şahmatçıların iştirak etdiyini bildirib.


Şamxal Cəliloğlu



Bütün xəbərlər Facebook səhifəmizdə