İspaniyanın "Barselona" futbol kubu, Almaniya Bundesliqasında çıxış edən 19 yaşlı qolkiperi transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Almaniya Bundesliqasında çıxış edən "Borussiya Mönchengladbah" futbol klubunun şərçivə qoruyucusu olan Mark-Andre ter Stegen gələn mövsümdən etibarən katalonalrın heyətində çıxış edə bilər. Alman klubunda etibarlı çıxışı ilə seçilən, boyu 1.89 sm, çəkisi 85 kq olan 19 yaşlı qolkiper, futbol analitikləri tərəfindən gələcəyin ulduz futbolçuları sırasında göstərilir. Təsadüfi deyil ki, komandasının Almaniya Bundesliqasında qapısında ən az qol görən komanda kimi çıxış etməsində qənc qapıçının böyük rolu var. Almaniya mətbuatı isə iddia edir ki, artıq "Barselona" menecerləri alman klubu ilə danışıqlara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB